Stoltenberqin xüsusi nümayəndəsi Gürcüstanda səfərdədir

Xavyer Kolomina

© APA | Xavyer Kolomina

# 27 sentyabr 2022 14:12 (UTC +04:00)

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Gürcüstanda səfərdədir.

APA-nın yerli bürosu xəbər verir ki, X. Kolomina səfəri çərçivəsində Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.

Gürcüstan Prezidentinin administrasiyasının yaydığı məlumatda bildirilib ki, tərəflər NATO-Gürcüstan əlaqələri, regionda yaranmış təhlükəsizlik mühiti və Qara dənizin təhlükəsizliyinə dair müzakirə aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR