Süleyman Soylu: “2022-2023 Eren Abluka payız-qış əməliyyatlarına 1600 əməkdaşla başladıq”

Süleyman Soylu

© APA | Süleyman Soylu

# 02 oktyabr 2022 10:26 (UTC +04:00)

Türkiyənin daxili işlər naziri Süleyman Soylu, 2022-2023 Eren Abluka payız-qış əməliyyatlarının 1600 personal ilə başladığını açıqlayıb.

APA “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, nazir bu barədə Şırnakın Kavaldağında qurulan Şəhid Jandarma Kapitanı Yunus Çələbi Baza Bölgəsinin açılış mərasimində çıxış edərkən məlumat verib.

Nazir Soylu, tamamlanan Eren Abluka yaz-yay əməliyyatlarında 98 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR