Sunakın ofisi ABŞ generalının Britaniya ordusu barədə sözlərinə münasibət bildirib

Sunakın ofisi ABŞ generalının Britaniya ordusu barədə sözlərinə münasibət bildirib
# 30 yanvar 2023 18:50 (UTC +04:00)

Baş nazir Rişi Sunak Britaniya ordusunun ən yüksək səviyyəli döyüş gücünə malik olduğuna inanır.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bunu Britaniya Baş nazirinin sözçüsü jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, dünən ABŞ generallarından biri Böyük Britaniya Silahlı Qüvvələrinin artıq yüksək səviyyəli döyüş qüvvəsi kimi qəbul edilmədiyini bildirmişdi.

Bu barədə xəbər verən “Sky News” kanalı qeyd edib ki, general Britaniyanın hərbi qabiliyyətinin bərpa edilməli olduğunu da qeyd edib.

Bu barədə jurnalistlərin açıqlamasını cavablandıran Baş nazirin sözçüsü bildirib ki, Rişi Sunak, ABŞ generalının xəbərdarlığına baxmayaraq, Britaniya ordusunun ən yüksək səviyyəli döyüş gücünə malik olduğuna inanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR