Suriya hökuməti zəlzələ ilə bağlı Aİ-dən yardım istəyib

Aİ - Suriya

© APA | Aİ - Suriya

# 08 fevral 2023 16:13 (UTC +04:00)

Suriya hökuməti ölkədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında yardım göstərməsi üçün Avropa İttifaqına (Aİ) müraciət edib.

APA xəbər verir ki, bunu Aİ-nin Böhran İdarəetməsi komissarı Yanez Lenarçik (Janez Lenarčič) Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

Lenarçiç qeyd edib ki, Türkiyənin ardınca Suriya hökuməti də şiddətli zəlzələnin nəticələrini aradan qaldırmaq üçün Aİ-dən yardım istəyib:“Biz Suriya hökumətindən sorğu almışıq”.

Onun sözlərinə görə, Aİ Avropa dövlətlərini ehtiyac olan yardımı göstərməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR