Tanınmış rusiyalı jurnalistə Ukrayna vətəndaşlığı verilib

Aleksandr Nevzorov

© APA | Aleksandr Nevzorov

# 03 iyun 2022 14:32 (UTC +04:00)

Rusiyalı tanınmış jurnalist Aleksandr Nevzorov və onun həyat yoldaşı Lidiya Nevzorovaya Ukrayna vətəndaşlığı verilib.

APA xəbər verir ki, bu barədə müvafiq sərəncamı Prezident Vladimir Zelenski imzalayıb.

Qeyd edək ki, Rusiya Aleksandr Nevzorovla bağlı istintaq başladıb. O, Mariupolda baş verənləri təhrif edərək saxta informasiya yaymaqda ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR