Taxıl dəhlizi ilə daha 3 gəmi Ukrayna limanlarından yola düşüb

Taxıl dəhlizi ilə daha 3 gəmi Ukrayna limanlarından yola düşüb
# 01 noyabr 2022 17:43 (UTC +04:00)

Rusiyanın “Taxıl sazişi”ni tərk etməsinə baxmayaraq, daha 3 taxılla dolu gəmi Ukrayna limanlarından yola düşüb.

APA xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Qeyd olunub ki, gəmilər bu gün günorta saatlarında limanlardan yola düşüb. Onların hərəkət marşrutu İstanbuldakı Birgə Koordinasiya Mərkəzində Ukrayna, Türkiyə və BMT nümayəndə heyətlərinin iştirakı ilə razılaşdırılıb.

BMT-nin taxıl müqaviləsi üzrə koordinatoru Əmir Abdullah “Taxıl saziş”ində bütün ölkələrin iştirakını təmin etmək üçün iştirakçı ölkələrlə müzakirələri davam etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR