Taxıl dəhlizindən 10 gəmi ilə 305 min ton taxıl daşınıb

Taxıl dəhlizindən 10 gəmi ilə 305 min ton taxıl daşınıb
# 08 avqust 2022 15:19 (UTC +04:00)

Son bir həftə ərzində “taxıl dəhlizi” vasitəsilə Ukraynanın Qara dəniz limanlarından 305 458 ton taxıl göndərilib.

APA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə və BMT-nin vasitəçiliyi ilə Ukrayna və Rusiya ilə əldə edilmiş “taxıl razılaşması”ndan sonra Ukraynadan ümumilikdə 10 gəmi yola salınıb.

İlk gəmi avqustun 1-də yola düşüb. Bu vaxta qədər Ukraynadan Türkiyəyə yola salınmış 4 gəminin ümumilikdə 170 458 ton qarğıdalı çatdırması planlaşdırılıb. Yola çıxmış gəmilərdən birincisi olan “Polarnet” bu gün Türkiyənin Kocaeli limanına çatıb. Gəmi Türkiyə limanına 12 min ton qarğıdalı çatdırıb. Digər 6 gəminin isə İtaliya, Çin, İrlandiya, İngiltərə və Livana yola salındığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR