“Taxıl dəhlizi”ndən 408 gəmi ilə 9,2 milyon ton taxıl daşınıb

“Taxıl dəhlizi”ndən 408 gəmi ilə 9,2 milyon ton taxıl daşınıb
# 30 oktyabr 2022 13:41 (UTC +04:00)

Türkiyənin Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar “ərzaq böhranı” riskini aradan qaldırmaq üçün yaratdığı “taxıl dəhlizi”ndən 408 gəmi ilə 9,2 milyon tondan çox taxıl daşınıb.

Eyni zamanda Türkiyənin gərgin diplomatik səyləri nəticəsində ötən ilin iyul ayında İstanbulda Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə koordinasiya əsasında “Birgə Koordinasiya Mərkəzi” yaradılıb.

APA “Anadolu” agentliyinə istinadən bildirir ki, dünən Ukrayna limanlarını tərk edən gəmilərin sayı 408-ə çatarkən, buğda, qarğıdalı, arpa kimi taxıl məhsullarının daşınması 9 milyon 200 min tonu keçib.

Ukrayna limanlarından taxıl yükləri ilə çıxan gəmilərdən 195-nin təyin olunmuş limanlara köçürülməsi başa çatıb.

Bildirilib ki, daşınan taxılın 47 faizi Avropaya, 20 faizi Asiyaya, 16 faizi Türkiyəyə, 13 faizi Afrikaya, 4 faizi isə Yaxın Şərqə gedib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR