Taxıl dəhlizinə dair koordinasiya mərkəzi bir neçə günə fəaliyyət göstərəcək

Taxıl dəhlizinə dair koordinasiya mərkəzi bir neçə günə fəaliyyət göstərəcək
# 22 iyul 2022 18:55 (UTC +04:00)

Rusiya və BMT arasında imzalanan saziş bu ölkənin qida və gübrə məhsullarının ixracına imkan yaratmağına zəmanət verir.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə BMT Baş katibi Antoniu Quterreş NTV kanalına müsahibəsində deyib.

O qeyd edib ki, əlavə olaraq sazişdə bu məhsullara sanksiyaların tətbiq edilməməsinə dair razılıq da yer alıb.

Baş katib, həmçinin, İstanbulda müştərək komissiyanın işinə başlaması üçün taxıl daşınmasına dair koordinasiya mərkəzinin təxminən bir neçə günə açılacağını, gəmilərin yola düşməsinin isə limanlarda işlərin tam şəkildə bitdiyindən sonra, təxminən 2 həftəyə mümkün olacağını da vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR