Taxıl və qarğıdalı yüklü daha 3 gəminin Ukraynadan çıxışına icazə verilib

Taxıl və qarğıdalı yüklü daha 3 gəminin Ukraynadan çıxışına icazə verilib
# 31 avqust 2022 08:44 (UTC +04:00)

İstanbuldakı Birgə Koordinasiya Mərkəzi Ukrayna limanlarından daha 3 gəminin çıxışına icazə verib.

APA-nın xəbərinə görə, bu barədə Birgə Koordinasiya Mərkəzi məlumat yayıb.

Gəmilərin ümumi yükü təxminən 107 000 tondur. Onlar Türkiyə və İspaniyaya taxıl və qarğıdalı daşıyır.

1-30 avqust tarixlərində Ukrayna limanlarından ümumilikdə 1,4 milyon ton ərzaq daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR