Tbilisidə hoteldə güclü yanğın olub - FOTO

Tbilisidə hoteldə güclü yanğın olub - FOTO
# 31 mart 2023 19:26 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisidə yerləşən “Ambassador” hoteldə güclü yanğın baş verib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, yanğın dördmərtəbəli binanın üçüncü və dördüncü mərtəbəsində olub və qısa müddətdə şiddətlənib. Hadisə yerinə 16 yanğınsöndürmə briqadası cəlb edilib. Yanğın artıq söndürülüb. İlkin məlumata görə, yanğın zamanı bina boşaldıldığından xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR