Tbilisidə Saakaşvilinin növbəti məhkəməsi keçirilir

Saakaşvilinin növbəti məhkəməsi

© APA | Saakaşvilinin növbəti məhkəməsi

# 13 yanvar 2022 12:36 (UTC +04:00)

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin növbəti məhkəməsi keçirilir.

APA-nın yerli bürosu xəbər verir ki, iclasda iştirak üçün M. Saakaşvili saxlanıldığı 12 saylı Rustavi Cəzaçəkmə Müəssisəsindən xüsusi penitensiar avtomobillə məhkəmə binasına nəql olunub.

Məhkəmə iclasında sabiq Prezidentin Gürcüstanın dövlət sərhədini qanunsuz keçməsi işi ilə bağlı dinləmə keçiriləcək.

Qeyd edək ki, işlə əlaqədar daha dörd Gürcüstan vətəndaşı da saxlanılıb.

Xatırladaq ki, M. Saakaşvili oktyabrın 1-də Tbilisidə qaldığı mənzilində həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR