Tbilisidə televiziya qülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rənglərilə işıqlandırılıb - FOTO

Tbilisidə televiziya qülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rənglərilə işıqlandırılıb - FOTO
# 28 may 2022 19:51 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisinin ən yüksək nöqtəsində yerləşən televiziya qülləsi, həmçinin Kür çayının Tbilisidən keçən hissəsinin üzərində yerləşən və şəhərin əsas simvollarından sayılan “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

APA-nın yerli bürosu xəbər verir ki, 28 May – Müstəqillik Günü münasibətilə teleqüllə və körpü göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb.

Aksiya Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR