Tbilisidə yaşayış binasında yanğında 2 nəfər ölüb

Tbilisidə yaşayış binasında yanğında 2 nəfər ölüb
# 27 aprel 2022 18:00 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında baş vermiş yanğın nəticəsində iki nəfər ölüb.

APA-nın yerli bürosu xəbər verir ki, məlumatı Gürcüstanın Fövqəladə Hallar Xidməti yayıb.

Qurumun məlumatına görə, hadisə paytaxtın Vazisubani yaşayış məntəqəsində baş verib.

Qeyd olunub ki, yanğın baş verən əraziyə dərhal yanğınsöndürənlər cəlb olunub. Yanğının söndürülməsindən sonra mənzildən iki nəfərin meyiti aşkarlanıb.

Hadisənin səbəbləri indiki mərhələdə məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR