TBMM-in komitə sədri Finlandiya ilə İsveçin NATO-ya üzvlüyünə münasibət bildirib

Akif Çağatay Kılıç

© APA | Akif Çağatay Kılıç

# 23 may 2022 18:09 (UTC +04:00)

“Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsi gündəmə gələndən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ölkəmizin mövqeyi konkret olaraq açıqlanıb”.

APA xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici işlər komitəsinin sədri Akif Çağatay Kılıç deyib.

O bildirib ki, NATO müdafiə təşkilatıdır və burada əsas məsələ müttəfiqlikdir: “Müttəfiqlər xarici və daxili təhlükəsizlik riskləri barədə bir-birlərini dəstəkləməlidirlər. NATO-nun 5-ci maddəsinə görə, üzv ölkələrdən birinə hücum edilməsi bütün təşkilata hücum deməkdir. NATO dünyada bu əsasla hərəkət edən yeganə təşkilatdır. Bu baxımdan təşkilata üzv ölkələrin Türkiyənin təhlükəsizliklə bağlı qayğılarını anlamalı, müsbət şəkildə dəyərləndirib, buna reaksiya verməlidirlər. Bildiyiniz kimi, Türkiyə PKK terror təşkilatı və fərqli adlar altında bir sıra terror qruplaşmaları ilə mübarizə aparır. Burada cənab prezidentimiz deyir ki, biz 40 mindən çox vətəndaşımızı bu terror qruplaşmalarının hücumları nəticəsində qurban vermişik. İndi Türkiyədən qaçıb başqa ölkələrə sığınan terrorçuların Türkiyəyə qaytarılmasına yox deyilirsə, həmin şəxslər bu ölkələrdə sərbəst şəkildə gəzirsə və hətta ən qorxulusu da bu qruplaşmalara dəstək verilirsə, burada böyük bir xəta var”.

O deyib ki, həm Finlandiya, həm də İsveçdən bununla bağlı rəsmi açıqlamalar verilir: “Bu gün Türkiyə Prezidenti çıxışında bəyan edib ki, biz diplomatik nəzakət cümlələrindən daha irəli gedib konkret addımların atılmağını gözləyirik. Türkiyə NATO-nun ikinci ən böyük ordusuna sahibdir. Bu gün NATO-ya iqtisadi cəhətdən ən böyük dəstəyi verən ölkəyik. Öz daxili ölkələrində təhlükəsizliklə bağlı addımların atılmasını haqlı görüb, bizim üçün bunu görmürlərsə, burada daha çox danışılacaq bir şey yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR