TBMM sədri qızların təhsili ilə bağlı yeni məhdudiyyətlərin ləğvi üçün Əfqanıstana səslənib

TBMM sədri qızların təhsili ilə bağlı yeni məhdudiyyətlərin ləğvi üçün Əfqanıstana səslənib
# 09 yanvar 2023 13:29 (UTC +04:00)

"Əfqanıstanda davamlı sülh və sabitliyin bərqərar olması yalnız əfqan xalqının hər bir fərdinin insan ləyaqətinə layiq həyata malik olacağı və bütün etnik və siyasi təbəqələrin daxil olacağı əhatəli siyasi sistemin yaradılması ilə mümkündür”.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Antalyada keçirilən Asiya Parlament Assambleyasının iclasında çıxışı zaman bildirib.

O, hazırda Əfqanıstanda arzu edilən və gözlənilən proseslərin müşahidə edilmədiyini qeyd edib.

“Qadınları sosial və iş həyatından tamamilə kənarlaşdırmağa yönəlmiş qaydalara yeniləri əlavə edilib, qızların təhsilinə yeni məhdudiyyətlər qoyulub. Bu qərarları ləğv etmək üçün bütün beynəlxalq ictimaiyyət, xüsusilə də İslam dünyası səslənir”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR