Təmas Qrupunun iclasında F-16-ların Ukraynaya transferi müzakirə olunacaq

Təmas Qrupunun iclasında F-16-ların Ukraynaya transferi müzakirə olunacaq
# 24 may 2023 11:49 (UTC +04:00)

Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun növbəti iclası keçiriləcək.

APA "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder bildirib.

Onun sözlərinə görə, mayın 25-də Ramşteyn formatında keçiriləcək görüşdə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, döyüş sursatları ilə təmin olunması, həmçinin F-16 qırıcılarının təhvil verilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.

"Yerüstü hava hücumundan müdafiə prioritet müzakirə mövzusu olacaq. Bundan əlavə F-16 təlimi ilə bağlı müzakirələr aparılacaq", - o bildirib.

Pentaqon sözçüsü həmçinin qeyd edib ki, ukraynalı pilotlar üçün təlimlər Ukraynadan kənarda, Avropadakı obyektlərdə keçiriləcək.

Qeyd edək ki, görüş onlayn formatda baş tutacaq. Xatırladaq ki, daha əvvəl də Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bu həftə Ramşteyn formatında növbəti görüşün keçiriləcəyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR