The Guardian: Britaniyalı millət vəkilləri Tayvana səfər etməyi planlaşdırır

The Guardian: Britaniyalı millət vəkilləri Tayvana səfər etməyi planlaşdırır
# 01 avqust 2022 23:20 (UTC +04:00)

Böyük Britaniyanın İcmalar Palatasının xarici əlaqələr komitəsi regionda gərginliyin artmasına baxmayaraq, noyabrda və ya dekabrın əvvəlində Tayvana səfər etməyi planlaşdırır.

APA-nın Böyük Britaniya bürosunun xəbərinə görə, bu barədə “Guardian” nəşri yazıb.

Xəbərdə qeyd edilib ki, səfər əvvəlcə bu ilin əvvəlinə planlaşdırılsa da nümayəndə heyətinin üzvlərindən birinin COVID testinin müsbət nəticələnməsi səfərin təxirə salınmasına səbəb olub.

Qeyd edək ki, hazırda rəsmi London və Pekin arasındakı münasibətlər pisləşməyə doğru gedir. Keçən həftə Mühafizəkarlar partiyasının liderliyinə namizədlər Liz Trass və Rişi Sunak Çinlə bağlı sərt mövqelərini ifadə ediblər.

Xarici işlər naziri Liz Trass son aylarda qərb ölkələrini Tayvanın özünü Çindən qoruya bilməsini təmin etməyə çağırıb.

İyun ayında o, müsahibəsində Böyük Britaniyanın Tayvanı silahla təmin etməli olduğunu qeyd edib. Qeyd edək ki, onun bu şərhi bəzi həmkarlarını təəccübləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR