The Independent: Müharibə başlayandan Zelenskiyə 12 sui-qəsd cəhdi olub - VİDEO

The Independent: Müharibə başlayandan Zelenskiyə 12 sui-qəsd cəhdi olub - VİDEO
# 17 yanvar 2023 01:17 (UTC +04:00)

Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan Ukrayna Prezidenti Vladimir Zelenski azı 12 sui-qəsd cəhdindən sağ çıxıb. Onlardan bəzilərinin qarşısı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatları sayəsində alınıb.

APA-nın xəbərinə görə, bu barədə “The Independent” məlumat yayıb.

Publisist Kris Vippl “Bir ömür boyu mübarizə: Co Baydenin Ağ Evinin İçində” kitabında MKİ-nin rəhbəri Uilyam Börnsün Ukraynaya müharibədən əvvəl gizli səfərə getdiyini iddia edir. O, ABŞ prezidenti Co Bayden tərəfindən Zelenskiyə “rusların sui-qəsdlərinin dəqiq təfərrüatlarını” çatdırmağı tapşırıb.

“Bu, dərhal Zelenskinin diqqətini çəkdi, o, bu xəbərdən məəttəl qaldı və heyrətləndi”, “İndepent” kitabdan sitat gətirib.

Nəşrin yazdığına görə, ABŞ kəşfiyyatı sayəsində azı iki sui-qəsd cəhdi uğursuzluqla nəticələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR