Türk Hava Yolları qara görə uçuş qrafikini dəyişib

Türk Hava Yolları qara görə uçuş qrafikini dəyişib
# 04 fevral 2023 03:01 (UTC +04:00)

Türk Hava Yolları fevralın 5-dək ölkənin əksər ərazisini əhatə edəcək güclü qar səbəbindən uçuş cədvəlinin dəyişə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

APA-nın məlumatına görə, bu barədə şirkətin “Twitter” səhifəsində bildirilir.

“Fevralın 5-də gözlənilən hava şəraiti bəzi uçuşlarımıza təsir edə bilər”, - deyə məlumatda bildirilir.

Şirkət müştərilərdən uçuşlarının vəziyyətini əvvəlcədən onlayn yoxlamağı xahiş edib.

Türkiyə Meteorologiya Xidmətinin məlumatına görə, cümə günü axşam saatlarından etibarən ölkənin bir sıra əyalətlərində, o cümlədən Ankara, İstanbul və ölkənin cənub-şərqində qar yağacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR