PKK terrorçularının Akçakaledə törətdiyi partlayış nəticəsində 3 türk əsgərinin şəhid olduğundan sonra başlanılan antiterror əməliyyatlarında 44 terrorçu zərərsizləşdirilib.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
O qeyd edib ki, Türkiyə şəhidlərin qanını heç bir zaman yerdə qoymayıb və qoymayacaq: "Hər bir hücuma cavab veriləcəyinə heç kimin şübhəsi olmamalıdır".