Türkiyə "Barış bulağı" əməliyyatının quru döyüş mərhələsinə başlayıb

Türkiyə "Barış bulağı" əməliyyatının quru döyüş mərhələsinə başlayıb
# 10 oktyabr 2019 00:02 (UTC +04:00)

“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz və Suriya Milli Ordusu “Barış bulağı” əməliyyatı çərçivəsində quru ərazidən hərəkətə başladı”.

APA-nın yerli bürosunun məlumatına görə, Türkiyənin Müdafiə Nazirliyinin "Twitter" səhifəsində bu barədə yazılıb.

Nazirlikdən bildirilən açıqlamada qeyd edilib ki, Türkiyənin cənub sərhədlərində yaradılmağa çalışılan terror dəhlizini yox etmək, əraziyə sülh və əmin-amanlıq gətirmək üçün bu əməliyyat başlanıb.

Quru ərazidən hərəkata müdafiə naziri Hulusi Akar, baş qərargah rəisi Yaşar Gülər, “Barış bulağı” Əməliyyatları Silahlı Qüvvələr Komandanlığı və Əməliyyat Mərkəzinin komandirləri nəzarət edirlər.

Qeyd edək ki, oktyabrın 4-də Suriyanın terrora qarşı mübarizə aparan 3 hərbi qüvvəsi - "Fərat Qalxanı" Əməliyyatları, "Zeytun Budağı" Əməliyyatları və İdlip ünsürləri Milli Ordu (Ceyşül Vatani) adı altında birləşərək Suriya Müvəqqəti Hökumətinin Müdafiə Nazirliyinin tabeçiliyinə keçib.

Suriya Müvəqqəti Hökumətin başçısı Abdurrahman Mustafa bildirib ki, bu birliyin məqsədi Fəratın cənubundakı yurd-yuvaları dağıdılıb didərgin düşən suriyalıları bu zülmdən qurtarmaq və Türkiyənin terrora qarşı mübarizəsinə dəstək verməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR