Türkiyə ərazisi Suriyadan atəşə tutulub - YENİLƏNİB - VİDEO

Türkiyə ərazisi Suriyadan atəşə tutulub  - YENİLƏNİB  - VİDEO
# 12 may 2022 22:42 (UTC +04:00)

Türkiyə Silahlı Qüvvələri Suriya ərazisində 6 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, terrorçular Suriya ərizisindən Türkiyənin Karkamış sərhəd məntəqəsinin atəşə tutulmasından dərhal sonra məhv edilib.


***

20.30

Türkiyənin Qaziantep əyalətinin Karkamış rayonunda Suriya ilə sərhəddə yerləşən Köprübaşı sərhəd məntəqəsinə minaatanla hücum edilib.

APA-nın İstanbul müxbirinin xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Atəş nəticəsində 4 hərbçi və 1 mülki şəxsin yaralandığı bildirilir. Nazirlikdən verilən açıqlamada hücumdan sonra Suriya ərazisində təyin olunan hədəflərin ikiqat artırıldığı vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR