Türkiyə Silahlı Qüvvələri Suriya ərazisində 6 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, terrorçular Suriya ərizisindən Türkiyənin Karkamış sərhəd məntəqəsinin atəşə tutulmasından dərhal sonra məhv edilib.
***
20.30
Türkiyənin Qaziantep əyalətinin Karkamış rayonunda Suriya ilə sərhəddə yerləşən Köprübaşı sərhəd məntəqəsinə minaatanla hücum edilib.
APA-nın İstanbul müxbirinin xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Atəş nəticəsində 4 hərbçi və 1 mülki şəxsin yaralandığı bildirilir. Nazirlikdən verilən açıqlamada hücumdan sonra Suriya ərazisində təyin olunan hədəflərin ikiqat artırıldığı vurğulanıb.