Türkiyə Gürcüstan Müdafiə Nazirliyinə xüsusi ləvazimatlar verib  

Türkiyə Gürcüstan Müdafiə Nazirliyinə xüsusi ləvazimatlar verib  
# 29 yanvar 2022 11:06 (UTC +04:00)

Türkiyə Gürcüstan Silahlı Qüvvələrinin logistika qabiliyyətinin artırılması məqsədi ilə Gürcüstan Müdafiə Nazirliyinə xüsusi ləvazimatlar təhvil verib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Gürcüstana təhvil verilən ləvazimatlar Marneulidə hərbi məqsədlərlə istifadə edilən hava limanı üçün nəzərdə tutulub.

Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze təqdim edilən ləvazimatların texniki imkanları ilə tanış olub və dəstəyinə görə Türkiyəyə təşəkkür edib.

Qeyd olunub ki, ləvazimatlar Türkiyə ilə Gürcüstan hökumətləri arasında imzalanmış “Hərbi Maliyyə Əməkdaşlığı Razılaşması” çərçivəsində təhvil verilib. Xüsusi ləvazimatların dəyərinin 597 722 ABŞ dolları təşkil etdiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR