Türkiyə İlon Maskın yardım təklifini rədd edib - YENİLƏNİB

Türkiyə İlon Maskın yardım təklifini rədd edib - YENİLƏNİB
# 06 fevral 2023 16:10 (UTC +04:00)

Amerikalı iş adamı İlon Mask “SpaceX” şirkəti rəsmi Ankaradan icazə alan kimi Türkiyəyə “Starlink” peyk rabitə sistemləri göndərməyə hazır olduğunu bildirmişdi.

APA “Bloomberg”ə istinadən xəbər verir ki, Türkiyə hökuməti amerikalı sahibkar İlon Maskın ölkəyə zəlzələdən sonra yardım üçün “Starlink” peyk rabitə sistemlərini bağışlamaq təklifini qəbul etməyib.

***

10:47

İlon Mask Türkiyədə bu gün səhər saatlarında baş verən zəlzələ ilə bağlı açıqlama verib.

APA “Habertürk”ə istinadən xəbər verir ki, o, Türkiyə hökumətinin razılığı ilə özünün “SpaceX” şirkətinin “Starlink” peyklərini Türkiyəyə göndərə biləcəklərini qeyd edib.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələ ümumilikdə 10 şəhərdə hiss olunub. İndiyə qədər 76 nəfər həyatını itirib, azı, 440 yaralı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR