Türkiyə İŞİD-in "Beatles" adlı edam qruplaşmasının üzvü olduğu iddia edilən Eyn Devis adlı şəxsin bir neçə gün ərzində Böyük Britaniyaya deportasiya edəcək.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin “Middle East Eye” nəşri məlumat əldə edib.
Qeyd olunub ki, əslən Londondan olan Eyn Devis 2015-ci ildə İstanbulda Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən həbs olunduqdan sonra 7 il müddətinə azadlıqdan məhrum edilib.
O, hazırda Ankaranın Sincan həbsxanasında saxlanılır. Həbs müddəti başa çatdıqdan sonra o, iyulun 9-da Böyük Britaniyaya deportasiya edilməlidir.
Devislə eyni vaxtda həbs edilmiş və məhkum edilmiş digər iki nəfər isə artıq sərbəst buraxılıb.