Türkiyə, İsveç və Finlandiya XİN rəhbərləri görüşə bilər

Türkiyə, İsveç və Finlandiya XİN rəhbərləri görüşə bilər
# 08 iyun 2022 16:55 (UTC +04:00)

“NATO-nun Baş katibi yaxın zamanlarda xarici işlər nazirləri səviyyəsində Türkiyə, İsveç, Finlandiya və NATO arasında bir görüşün təşkil edilməsini təklif edib. Lakin Türkiyə İsveç və Finlandiyadan onlara təqdim olunan sənədlərə cavab verməklərini gözləyir”.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu niderlandlı həmkarı Vopke Hoekstra ilə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, məhz bundan sonra Türkiyə ilə bu iki ölkə arasında baş tuta biləcək görüşlər nəticəyə yönəlmiş ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR