Türkiyə kəşfiyyatı Suriyada PKK/YPG-nın əsas adamlarından olan Mehmet Aydını zərərsizləşdirib

Türkiyə kəşfiyyatı Suriyada PKK/YPG-nın əsas adamlarından olan Mehmet Aydını zərərsizləşdirib
# 17 aprel 2022 14:44 (UTC +04:00)

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Dərbəsiyə rayonunda terror təşkilatı PKK/YPG-nin sözdə Amude-Dərbəsiyənin əyalətinə rəhbərlik edən Mehmet Aydını nöqtə atışı ilə zərərsizləşdirib.

APA bildirir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, MİT müəyyən vaxtdır ki, hərəkətləri və fəaliyyətlərinə görə onu izləyib. “Qəhrəman Aydın/Rojvan Van” kod adlı terrorçu Mehmet Aydının Suriyanın Dərbəsiyə rayonunda olduğu müəyyən edilib. “Silahlı terror təşkilatına üzv olmaq” cinayəti ilə axtarışda olan Aydın MİT-in açdığı atəşlə zərərsizləşdirilib.

Bildirilib ki, Mehmet Aydın 2005-ci ildə İranın Kelareş əyalətindən təşkilata qatılıb, bir müddət Tuncelidə, 2010-2013-cü illərdə Hatay Amanos kəndində, 2013-cü ildə Kobanidə, 2015-ci ildə isə Afrində sözdə alay zabiti olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR