Türkiyə MN: PKK/YPG terrorçularının Fransa parlamentində qəbul edilməsi NATO-nun ruhuna ziddir

Türkiyə MN: PKK/YPG terrorçularının Fransa parlamentində qəbul edilməsi NATO-nun ruhuna ziddir
# 28 mart 2023 12:02 (UTC +04:00)

NATO-nun üzvü olan Fransanın parlamentində terror təşkilatı PKK/YPG nümayəndələrinin qəbulu parlamentin nüfuzuna kölgə salıb.

APA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, bu addım alyansın ruhuna ziddir, eyni zamanda, NATO-nun terrorizmlə mübarizəsinə zərbə vurur.

Vurğulanıb ki, Türkiyə Silahlı Qüvvələri istənilən halda bütün terror təşkilatlarına qarşı mübarizəni davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR