Türkiyə MN: Ukrayna limanlarından İstanbula daha 4 gəmi yola düşüb

Türkiyə MN: Ukrayna limanlarından İstanbula daha 4 gəmi yola düşüb
# 07 avqust 2022 13:43 (UTC +04:00)

Taxıl daşınması çərçivəsində Ukrayna limanlarından İstanbula daha 4 gəmi yola düşüb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd olunub ki, 6 min ton günəbaxan yağı daşıyan “Mustafa Necati” İtaliyaya, 45 min ton günəbaxan məhsulu daşıyan “Star Helena” Çinə, 66 min ton qarğıdalı yüklü “Glory” İstanbula və 44 min ton qarğıdalı daşıyan "Riva Wind" gəmisi İsgəndəruna yola düşüb.

Gəmilər İstanbulun şimalında lövbər salacaq və Müştərək Koordinasiya Mərkəzi tərəfindən yoxlanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR