Türkiyə parlamentinin sədri Orbanla görüşüb

Türkiyə parlamentinin sədri Orbanla görüşüb
# 29 sentyabr 2022 17:08 (UTC +04:00)

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə TBMM-nin mətbuat katibliyi məlumat yayıb.

Görüş Şentopun Macarıstana səfəri çərçivəsində baş tutub.

Qeyd olunub ki, görüş zamanı ikitərəfli əlaqələr, regional və qlobal hadisələr, xüsusilə Ukrayna müharibəsi müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR