Türkiyə Prezident Administrasiyası Ərdoğanın İrana səfəri ilə bağlı məlumat yayıb

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 17 iyul 2022 21:23 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18-19 iyul tarixlərində İranda rəsmi səfərdə olacaq.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezidentinin administrasiyası məlumat yayıb.

Səfərdə məqsəd Türkiyə-İran əməkdaşlıq Şurasının iclasında iştirak etməkdir. Tehranda keçiriləcək görüşdə ikitərəfli münasibətlər və beynəlxalq məsələlər müzakirə ediləcək.

Səfər çərçivəsində Türkiyə prezidentinin rusiyalı həmkarı Vladimir Putinlə görüşü də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR