Türkiyə Prezidenti: Ermənistanla normallaşma prosesində Azərbaycan "qırmızı xəttimiz"dir

Türkiyə Prezidenti: Ermənistanla normallaşma prosesində Azərbaycan "qırmızı xəttimiz"dir
# 25 iyul 2022 23:08 (UTC +04:00)

"Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı münasibətlərimizin normallaşma prosesini müzakirə etdik".

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli jurnalistlərə müsahibəsində deyib.

O, Türkiyənin "qırmızı xətt"inin Azərbaycan olduğunu, Türkiyə və Ermənistan arasında normallaşma prosesinin bu məsələ həll olunduqdan sonra mümkün olacağını qeyd edib: “Amma biz onlardan (Ermənistandan) konkret addımlar atmaqlarını gözləyirik, bu normallaşma prosesində qətiyyətliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR