Türkiyə Prezidenti əsrlərin qaytarılması məsələsini Putinlə müzakirə edəcək

Türkiyə Prezidenti əsrlərin qaytarılması məsələsini Putinlə müzakirə edəcək
# 18 avqust 2022 20:17 (UTC +04:00)

Lvovda Türkiyə, Ukrayna liderləri və BMT-nin Baş katibi Antonio Quterreş arasında baş tutan görüşdə əsirlərin mübadiləsi müzakirə edilib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lvovda baş tutan görüşün nəticələrinə dair mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, bu gün baş tutan görüşün nəticələrini Rusiya Prezidenti Vladimir Putinlə də müzakirə edəcək.

Bundan əlavə, Ərdoğan Türkiyədən Ukraynaya 98 yük maşını humanitar yardımın göndərildiyini, 325 minə yaxın ukraynalının ölkədə müvəqqəti qalmaq üçün qəbul edildiyini də vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR