“İsveç, boş yerə çabalama. Sən mənim müqəddəs kitabının yandırılmasına icazə verdiyin müddətcə, biz sizin NATO-ya üzv olmağınıza “hə” deməyəcəyik”.
APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə Prezidenti bildirib ki, NATO-nun genişləndirilməsi ilə bağlı prosesləri yaxından izləyir.
“Finlandiyanın NATO-ya üzvlüyü məsələsində mövqeyimiz müsbətdir, amma İsveç məsələsində mövqeyimiz qətidir. Bunu da belə bilin”, - Ərdoğan qeyd edib.