Türkiyə Prezidenti: “Rusiya-Ukrayna böhranı başlayandan bəzi dairələrin təzyiqinə məruz qaldıq”

Türkiyə Prezidenti: “Rusiya-Ukrayna böhranı başlayandan bəzi dairələrin təzyiqinə məruz qaldıq”
# 01 oktyabr 2022 16:51 (UTC +04:00)

Rusiya və Ukrayna böhranı başlayan gündən bəzi dairələrin təzyiqinə məruz qaldıq. Amma biz siyasətimizi onların dediklərinə görə deyil, ölkəmizin maraqlanrını diqqətdə tutaraq müəyyən etdik.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin 6-cı qanunvericilik ilinin açılışında çıxış edərkən bildirib.

O, Türkiyənin iki qonşusu arasında başlayan müharibədə seçimi sülh və adalətin xeyrinə etdiyini, müharibəni dayandırmağı seçdiyini qeyd edib.

Ərdoğan əlavə edib ki, bu məqsədlə Türkiyə tərəfləri bir neçə dəfə masa arxasına gətirərək, vasitəçi rolunu oynayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR