Türkiyə Putinlə Zelenskini görüşdürmək niyyətindədir

Zelenski, Putin

© APA | Zelenski, Putin

# 26 sentyabr 2022 12:19 (UTC +04:00)

Rusiya-Ukrayna məsələsində çox həssas nöqtələr var. Məsələn, işğal olunan ərazilər Ukrayna torpaqlarıdır.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Yaponiyaya səfəri çərçivəsində mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, tərəflər zəif mövqe ilə masa arxasına oturmaq istəmir, amma onları müharibənin qalibinin olmayacağına inandırmaq lazımdır.

“Bu ədalətli sülh olmalıdır, çünki məsələn, Ukrayna torpaqları işğal olunub. Təbii, müharibənin davam edilməsini istəyən aktorları da razı salmaq lazımdır. Biz Türkiyə olaraq ümidimizi itirməmişik, səylərimizi davam etdirərək iki lideri bir araya gətirmək, liderlər səviyyəsində qərar alınmasını istəyirik”, - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR