Türkiyə, Rumıniya və Polşa liderlərinin Zirvə Görüşü keçiriləcək

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 27 may 2022 13:14 (UTC +04:00)

İsveç və Finlandiyaya mesajlarımızı açıq şəkildə çatdırdıq. İki ölkə də terrorla mübarizədə konkret addımlar atmalıdır.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda rumıniyalı və polşalı həmkarları ilə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, terrorizm NATO və müttəfiqlərə qarşı yönəlmiş ən asimmetrik təhlükədir və onunla mübarizə təşkilatın yeni strateji konsepsiyasında yer almalıdır.

Bundan əlavə, Çavuşoğlu Türkiyənin Polşa və Rumıniya ilə münasibətlərini strateji birlik səviyyəsinə yüksəltmək niyyətində olduğunu bildirib.

Onun sözlərinə, bu il üç ölkənin liderlərinin sammiti də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR