Türkiyə Suriya və İraqın şimalında PKK/KCK/YGP-yə qarşı hava əməliyyatı həyata keçirib - VİDEO - YENİLƏNİB-1

Türkiyə  Suriya və İraqın şimalında PKK/KCK/YGP-yə qarşı hava əməliyyatı həyata keçirib  - VİDEO   - YENİLƏNİB-1
# 20 noyabr 2022 09:10 (UTC +04:00)

Türkiyə Hərbi Hava Qüvvələrinin İraq və Suriyanın şimalında həyata keçirdiyi antiterror əməliyyatının adı açıqlanıb.

APA-nın xəbərinə görə, Türkiyə Milli Müdafiə Nazirliyi İraq və Suriyanın şimalında PKK/KCK/YGP və digər terror ünsürlərini zərərsizləşdirmək üçün “Pence Kılıc” hava hərəkatı həyata keçirildiyini açıqlayıb.

Qeyd edilib ki, Türkiyə BMT Nizamnaməsinin 1-ci maddəsinə əsasən, özünü müdafiə məqsədilə bu əməliyyatı həyata keçirib.

***

saat 08.43

Türkiyə Silahlı Qüvvələrinin bu gecə həyata keçirdiyi hava əməliyyatı zamanı Suriya və İraqın şimalında terrorçuların bazaları məhv edilib.

APA xəbər verir ki, bu barədə A Haber kanalı Milli Müdafiə Nazirliyinə istinadla məlumat yayıb. Əməliyyata 50 təyyarə və 20 PUA cəlb olunub.

Yerüstü əməliyyatların da aparılacağı istisna edilmir.

***

04.24

Türkiyənin Milli Müdafiə Nazirlıiyi Suriya və İraqda terrorçuların bazalarına qarşı qisas əməliyyatına başlayıb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirlıiyi məlumat verib. Bildirilir ki, terrorçuların mövqeləri nöqtəvi zərbə ilə məhv edilir.

Nazirlik qeyd edib ki, hava əməliyyatları PKK, KCK və YPG terrorçularının Türkiyəyə qarşı hücumları hazırladığı İraq və Suriyanın şimal ərazilərində keçirilir.

Əməliyyatlar BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun şəkildə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR