Türkiyə Suriyanın şimalında 10 terrorçu zərərsizləşdirib

Türkiyə Suriyanın şimalında 10 terrorçu zərərsizləşdirib
# 02 yanvar 2023 17:08 (UTC +04:00)

Türkiyə Silahlı Qüvvələrinin Suriyada "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatlarını həyata keçirildiyi bölgədə 10 terrorçu zərərsizləşdirilib.

APA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Suriyanın şimalında hücuma cəhd edən PKK/YPG qruplaşma üzvləri Türkiyə ordusunun xüsusi təyinatlıları tərəfindən zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR