Türkiyə taxıl dəhlizi üçün Ukrayna, Rusiya və BMT ilə koordinasiyalı işləyir

Hulusi Akar

© APA | Hulusi Akar

# 06 iyul 2022 18:33 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “ərzaq böhranı”nın həlli üçün göstərdiyi diplomatik səylər çərçivəsində apardığı danışıqlar müsbət şəkildə inkişaf edir.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O qeyd edib ki, Türkiyə tərəfi taxıl koridoru ilə bağlı Ukrayna, Rusiya və BMT ilə koordinasiyalı işləməyə davam edir.

Nazir, yaxın gələcəkdə müsbət nəticələrin əldə edilməsi üçün lazım olan addımların atıldığını da vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR