Türkiyə Ukraynaya 50 ədəd "Kirpi" zirehli transportyoru verib

Türkiyə Ukraynaya 50 ədəd "Kirpi" zirehli transportyoru verib
# 09 avqust 2022 16:44 (UTC +04:00)

Ukrayna ordusu 50 ədəd Türkiyə istehsalı "Kirpi" zirehli transportyorunu qəbul edib.

APA-nın "Unian.net"ə istinadən xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin “Kaxovka” əməliyyat qrupu yayıb.

Bildirilib ki, tezliklə əlavə 150 zirehli transportyorun da Ukraynaya çatdırılması gözlənilir.

Qeyd edək ki, minaya və partlayışa davamlı gövdəyə malik "Kirpi" 13 nəfərə qədər şəxsi heyəti daşımağa qadirdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR