Türkiyə və Almaniya liderləri Nyu-Yorkda görüşüb

Şolts, Ərdoğan

© APA | Şolts, Ərdoğan

# 20 sentyabr 2022 18:20 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Olaf Şoltsla görüşüb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, görüş Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasında iştirak etmək üçün səfər etdiyi Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərində baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR