Türkiyə və Almaniya miqrasiya problemlərini müzakirə edəcək

Türkiyə və Almaniya miqrasiya problemlərini müzakirə edəcək
# 20 yanvar 2023 15:01 (UTC +04:00)

Türkiyənin xarici işlər nazirinin müavini Yasin Ekrem Serim 21-24 yanvar tarixlərində Türkiyə-Almaniya Miqrasiya üzrə Birgə İşçi Qrupunun 8-ci iclası ilə əlaqədar Almaniya Federativ Respublikasına səfər edəcək.

Bu barədə APA-nın İstanbul müxbirinə Türkiyə XİN-dən bildirilib.

Nazir müavini və Almaniya Federal Xarici İşlər Nazirliyinin dövlət katibi Suzan Baumanın sədrliyi ilə keçiriləcək məsləhətləşmələr zamanı miqrasiya sahəsində mövcud problemlər və bu sahədə mövcud əməkdaşlıq müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR