Türkiyə və İtaliya energetika sahəsində memorandum imzalayacaq

Türkiyə və İtaliya energetika sahəsində memorandum imzalayacaq
# 13 yanvar 2023 17:13 (UTC +04:00)

Türkiyə və İtaliya energetika sahəsində anlaşma memorandumu imzalayacaq.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İtaliya Baş nazirinin müavini, xarici işlər naziri Antonio Tayani ilə Ankarada birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə artıq anlaşmanın layihəsini İtaliya tərəfinə təqdim edib.

Çavuşoğlu Türkiyə və İtaliya arasında bütün sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 26 milyard dollardan çox olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR