Türkiyə və Niderland terrorla mübarizəni daha da gücləndirmək istəyir

Türkiyə və Niderland terrorla mübarizəni daha da gücləndirmək istəyir
# 08 iyun 2022 16:47 (UTC +04:00)

Türkiyə və Niderland Krallığı arasında köklü, hərtərəfli dostluq əlaqələri mövcuddur. İki ölkə NATO çərçivəsində bir-birinin təhlükəsizliyini dəstəkləməkdə qətiyyətlidir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu niderlandlı həmkarı Vopke Hoekstra ilə birgə mətbuat konfransı zamanı deyib.

Nazirin sözlərinə görə, hər iki müdafiə sənayesi sahəsində əngəlləri aradan qaldıraraq əməkdaşlığı artırmaq, terrorla mübarizəni daha da gücləndirmək istəyir.

O qeyd edib ki, Türkiyə və Niderland Krallığı arasında ticarət dövriyyəsinin həcmi 11 milyard dollara çatıb.

XİN rəhbəri iki ölkənin gələcəkdə bu rəqəmi 20 milyard dollara yüksəltmək niyyətində olduğunu da vurğulayıb. Bundan əlavə, qarşılıqlı yatırım həcmi isə təxminən 50 milyard dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR