Türkiyə və Rusiya qaz ödənişlərində rublla bərabər türk lirəsini də müzakirə edir

Türkiyə və Rusiya qaz ödənişlərində rublla bərabər türk lirəsini də müzakirə edir
# 11 avqust 2022 11:47 (UTC +04:00)

Türkiyə və Rusiya təbii qaz ödənişlərində rublla bərabər türk lirəsini də müzakirə edir.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə energetika və təbii Sərvətlər naziri Fatih Dönmez deyib.

O əlavə edib ki, 2023-cü ilin martında Qara dəniz qazının quruda ilk istifadəsi gözlənilir. Bundan əlavə, nazir Akkuyu AES-in tikintisində gecikmənin yolverilməz olduğunu da vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR