Türkiyə XİN Avropa və ABŞ-a gedənlərə xəbərdarlıq edib

Türkiyə XİN Avropa və ABŞ-a gedənlərə xəbərdarlıq edib
# 29 yanvar 2023 00:11 (UTC +04:00)

Türkiyə XİN Avropa və ABŞ-dakı vəziyyətə görə bu regionlara səfər edən vətəndaşlara xəbərdarlıq edib.

APA-nın xəbərinə görə, məlumat Türkiyə XİN-in Tvitter səhifəsində yerləşdirilib.

Bildirilir ki, Avropa ölkələrində irqçi hücumlar, islamofob və antitürk təbliğat geniş vüsət alıb. Bu səbəbdən Avropada yaşayan və ya ora səfər edən Türkiyə vətəndaşlarına maksimum dərəcədə ehtiyatlı olmaq tövsiyə olunur.

Nazirlik eyni zamanda ABŞ-a səfər edənlərin etiraz aksiyalarından uzaq durmalarını tövsiyə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR