Türkiyə XİN: Çexiya XİN-in bəyanatının bizim üçün heç bir dəyəri yoxdur

Türkiyə XİN: Çexiya XİN-in bəyanatının bizim üçün heç bir dəyəri yoxdur
# 06 sentyabr 2022 11:02 (UTC +04:00)

Türkiyə Xarici İşlər Nazirliyi Çexiya XİN-ə cavab verib.

APA xəbər verir ki, Türkiyə XİN-in mətbuat katibi Tanju Bilgic Çexiya XİN-in açıqlaması ilə bağlı bəyanat yayıb.

"Aİ Şurasının sədri qismində Çexiya Xarici İşlər Nazirliyi və bəzi digər Aİ qurumlarının ölkəmizlə bağlı verdiyi bəyanatların bizim üçün heç bir mənası və dəyəri yoxdur. Aİ-nin üzvlük həmrəyliyi əsasında Egey və Aralıq dənizi münaqişələrində Yunanıstana şübhəsiz dəstək verməsi həm Aİ-nin öz öhdəliklərinə, həm də beynəlxalq hüquqa ziddir. Yunanıstanı ərköyünləşdirən bu münasibət həllə töhfə vermir, qeyri-həll yolunu təşviq edir və Yunanıstanın maksimalist tələblər arxasınca getməsini dəstəkləyir. Bu bəyanatları verənlərin Yunanıstanın ölkəmizə qarşı törətdiyi pozuntulara, təqib və təhdidlərə, təxribat xarakterli hərəkətlərinə və diskurslarına məhəl qoymamaları, beynəlxalq hüquqa zidd hərəkət və əməllərə biganə qalmaları biabırçılıqdır", - Türkiyə XİN-in mətbuat katibi bildirib.

O qeyd edib ki, əgər Çexiya Sədrliyi və ya Aİ dialoqu təşviq etmək istəyirsə, Yunanıstan və Kiprin veto hüquqlarından "sui-istifadə"nin qarşısını almalıdır: "Türkiyə Egey və Aralıq dənizindəki qanuni hüquq və mənafelərini qətiyyətlə qorumağa davam edəcək".

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstanla bağlı açıqlamasına Çexiya XİN münasibət bildirib.

"Çexiyanın Aİ-yə Sədrliyinin məqsədlərindən biri Aİ-Türkiyə dialoqunu inkişaf etdirməkdir. Prezident Ərdoğanın son çıxışında Yunanıstana ünvanlanan təhdidi bu baxımdan son dərəcə faydasızdır", - Çexiya XİN bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR